Yol çökdü: 6 nəfər öldü

Yol

Krımda avto-magistrallardan birində qəza şəraiti yaranıb.

XALQ.AZ-ın məlumatına görə, Simferepol şəhərinin Yevpatoriya-Nikolayevski bölgəsində avtomagistrallardan birində sürüşmə əmələ gəlib və yolda dərin çöküntü halı baş verib. Nəticədə, 8 metr dərinlikdə çuxur yaranıb və həmin an hərəkətdə olan avtomobillrdən biri bu çuxura düşüb. Qəza zamanı avtomobilin içərisində olan 6 nəfər dünyasını dəyişib, 2 uşaq isə xəsarət alaraq xilas ola bilib. Onlardan birinin vəziyyəti ağırdır.

Qəza ilə bağlı açıqlama verən səlahiyyətli şəxslər baş verən hadisənin qəflətən və gözlənilmədən yaşandığını açıqlayıb. Faktla bağlı araşdırma aparılır.

İlkin ehtimallara əsasən, qəzanın baş vermə səbəbi kimi yolun qaydalara uyğun şəkildə salınmaması göstərilir.