Bakıda “Kamaz”la “Jiquli” toqquşdu, 3 nəfər öldü

Kamaz

Bakının Sabunçu raqyonunda 3 nəfərin ölümü ikə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

XALQ.AZ-ın FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, qəza “VAZ” markalı minik avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb, “VAZ” markalı minik avtomobilinin sürücüsü və 2 nəfər sərnişini hadisə yerində vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədlərini xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.