Ağdaşda yol qəzası baş verib

qeza

Ötən gün gecə saatlarında Ağdaşda iki minik avtomobili toqquşub.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Ağdaş rayonu, Məşəd kəndində 2 minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, qəza nəticəsində “Mercedes” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil veriblər.