Ağstafada şəhid ailələri ziyarət olundu

2022-ci il sentyabr hadisələrində Böyük Kəsik kəndindən olan şəhid Muradov Seyfəddin Mahmud oğlunun və Aşağı Kəsəmən kəndindən olan şəhid Omarov Eşqin Nəsib oğlunun 1 ci il dönümü ilə əlaqədar olaraq ailələri ziyarət olunub. Şəhidlərimizin il dönümlərində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə xidmətinin rəhbərləri, icra hakimiyyətinin məsul şəxsləri iştirak ediblər. Şəhid ailələrinin qayğıları ilə yaxından maraqlanıb, şəhidlərimizin ruhuna dualar oxunub.