Ağstafada şəhidimiz dəfn olundu

Ağstafa rayonunun Eynallı kəndində 30 il əvvəl itkin düşən şəhid Əsəd Məmmədovun dəfn mərasimi keçirilib. Öncə cənazə namazı qılınıb, daha sonra izdiham kənd qəbiristanlığına yollanıb. Mərasimdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanalrının rəhbərləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.