Ağsuda qəbul keçirlmir?

 

36

 

Ağsunun icra başçısından prezidentə şikayət olunacaq Ənvər Seyidəliyev iki aydır ki, qəbul keçirmir

 

Sosial narazılıqların hər zaman aktual olduğu rayonlardan biri də Ağsu rayonudur. Ağsu RİH başçısı Ənvər Seyidəliyevin isə deyəsən başı daha “mühüm” işlərə qarışıb. Hərgah belə olmasaydı icra başçısı qanunla nəzərdə tutulmuş qəbul günlərini ləğv etməzdi. XALQ.AZ-a müraciət edən bir qrup rayon sakininin sözlərinə görə Ağsuda sosial-iqtisadi durum gün-gündən ağırlaşır. Buna baxmayaraq icra başçısı hətta şikayətçiləri qəbul belə etmək istəmir: “Ağsuda demək olar ki, bütün vəzifələr Ənvər Seyidəliyevin qohumları arasında bölüşdürülüb. Əslində ağsuluları narahat edən heç bu da deyil. Vəzifədə kimin oturmasından asılı olmayaraq sıravi sakinlərin arzusu odur ki, yerli məmurlar onların problemlərinin həlli istiqamətində çalışsınlar. Amma təəssüf ki, belə deyil. İşıq, su, qaz, pensiya,yardım,xəstəxanada olan problemlərdən artıq cana doyan kənd sakinləri dəfələrlə problemlərinin köklü şəkildə həll olunması üçün Rayon İcra Hakimiyyətinə üz tutsalar da icra başçısı Ənvər Seyidəliyev onları qəbul etməyib. Ümumiyyətlə isə son iki aydır ki, icra başçısı heç bir qəbul keçirmir. Biz artıq bütün bunlardan cana doymuşuq və icra başçısının səhlənkarlığı ilə bağlı prezident İlham Əliyev cənablarına şikayət məktubu ünvanlamağı düşünürük”.

 

Məsələ diqqətimizdədir və mövzuya yenidən qayıdacağıq.

 

Qarçı tərəfində mövqeyini dərc etməyə hazırıq