Ramiz Yediyarovdan “Döyüş tapşırığı”

52

Ramiz Yediyarovdan icra nümayəndələrinə “döyüş tapşırığı”

 

“Bütün sahibkarlar və fermerlər haqq verməlidir”

 

“Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov hazırkı fəaliyyəti ilə rəhbərlik etdiyi rayonun bütün sahələrdə iflas həddinə çatmasına səbəb olub”. Bu sözlər XALQ.AZ-ın elektron ünvanına bir qrup Gədəbəy sakininin göndərdiyi şikayət məktubundadır. Məktubda iddia olunur ki, rayonu şəxsi biznes obyekti kimi idarə edən Ramiz Yediyarov bütün vəzifəli şəxslərdən “aylıq haqq” yığır: “Bu system son zamanlara qədər dövlət qulluğunda çalışan vəzifəli şəxslərə şamil olunurdu. Başqa sözlə, rayonda irili-xırdalı bütün vəzifə sahibləri icra başçısına aylıq haqq verməliydi. Amma indi icra başçısı həmin sistemi fərdi sahibkarlara və fermerlərə də tətbiq etməyə başlayıb. Ramiz Yediyarov bütün icra nümayəndələrinə şifahi göstəriş verib ki, Gədəbəydə sahibkarlıq və fermer fəaliyyəti ilə məşğul olan bütün şəxslərdən pul toplanmalıdır” Daxil olan bu məlumat da göstərir ki, Gədəbəy RİH-nin başçısı yerli sahibkarlara qarşı hər zaman nümayiş etdirdiyi qərəzli mövqeyini bu gün də olduğu kimi qoruyub saxlamaqdadır. Ramiz Yediyarovun ən böyük özbaşınalıqları da məhz yerli sahibkarları incitməsi, habelə rayonda sahibkarlığın inkişafına maneçilik törətməsi və vətəndaşların haqsız yerə incidilməsi ilə bağlıdır. Ölkə başçısının da bildirdiyi kimi, dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı durur və yerli icra başçıları dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ramiz Yediyarov isə bu istiqamətdə aparılan dövlət siyasətindən nəinki kənara çıxır, hətta prezidentin tapşırıqlarının əksinə addımlar atır. Bu isə eyni zamanda bir neçə müxtəlif parametrlər üzrə rayonun həm iqtisadiyyatına, həm də ictimai-siyasi həyatına ciddi zərbələr vurur. Biz məsələnin ciddiliyini nəzərə alaraq mövzuya yenidən qayıdacaq və səsləndirilən ittihamlarla bağlı araşdırma aparılacağ

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq


Comments are closed.