AİDS xəstəliyinə yoluxan 15 qadın saxlanılıb

Fahise

Əxlaqsızlıqla məşğul olan bu adamların əlaqədə olduğu adamların axtarışlarına başlanılıb

Türkiyənin ikinci paytaxtı sayılan İstanbulda polisin keçirdiyi əməliyyat nəticəsində Uqanda vətəndaşı olan 3 qadın yaxalanıb.

XALQ.AZ xəbər verir ki, ard-arda keçirilən əməliyyatlarda əxlaqsızlıqla məşğul olan 15 qadın saxlanılıb.

Onların arasında Qafqaz ölkələrindən gələnlərin də olduğu deyilir. Amma konkret olaraq hansı ölkədən olmaları ilə bağlı bilgi verilməyib. Məlumatda deyilir ki, həyata keçirilən əməliyyatdan sonra həkim müayinəsindən keçən 3 uqandalı və daha 12 başqa ölkədən gəlmiş qadınların qan analizlərinin nəticəsi bütün şəhəri qorxuya salıb.

Belə ki, həmin qadınların hamısında AİDS xəstəliyi aşkarlanıb. Onların bu xəstəliyə hələ ölkəyə gəlməmişdən əvvəl yoluxduğu da qeyd edilir.

Məlumatda deyilir ki, əxlaqsızlıqla məşğul olan qara dərili qadınların bir aydan çoxdur Türkiyədə olduğu məlum olub. Onların pulları qurtardıqdan sonra bu yola əl atdıqları da araşdırmalardan üzə çıxıb. Amma onların konkret olaraq pul qarşılığında neçə kişi ilə yatdıqları məlum deyil. Xəstəliyin daha böyük zərər verməməsi üçün İstanbul polisi axtarışlara start verib.