7 yaşlı Qaynar.info

7 yas

Bu gün Qaynar.info xəbər portalı 7 yaşını qeyd edir. Portal ölkənin ən uzunömürlü və ilk yaranmış internet resurslarındandır.

Qaynar.info 2007-ci ildən fəaliyyət göstərir. Portalın yaradıcısı tanınmış yazar Zahir Əzəmətdir. Onun rəhbərliyi ilə 2007-ci il aprelin 25-də təsis olunmuş xəbər portalı media məkanında bir çox uğurlara imza atıb. Daha sonra bir müddət portala gənc jurnalist Fərid Şahbazlı rəhbərlik edib.

2013-cü ilin yanvar ayından portalı Şəmşad Ağa idarə edir.

Qaynar.info-nun məqsədi onminlərlə gündəlik oxucusuna operativ, obyektiv xəbər çatdırmaqdır.

XALQ.AZ-ın adından həmkarlarımızı təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq.