Ali Məhkəmənin hakimi COVID-19-dan vəfat edib

Ali Məhkəmənin hakimi İnqilab Nəsirov COVID-19-dan vəfat edib.

XALQ.AZ xəbər verir ki, hakim ötən ay yeni növ koronavirus infeksiyasına yoluxmuş, vəziyyəti ağırlaşdığından xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, İnqilab Nəsirov 2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.

Allah rəhmət eləsin!