Ali Məhkəməyə yeni hakimlər təyin edilir

Azərbaycan Respublikası Ali Məhkəməsinə yeni hakimlər təyin edilir.

XALQ.AZ-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, aşağıdakı apellyasiya məhkəmələri hakimlərinin vəzifələrindən azad edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilməsi təklif edilir:

 

Hüseyn Aida Əli qızı

 

Muxtarov Teyyub Asif oğlu