“Ali təhsilin bir çox istiqamətlərində belə güzəştlər var idi” – Şərh

Xəbər verdiyimiz kimi müharibə veteranlarının dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək. Bu, Milli Məclisin Elm və təhsil komitəsinin gündəliyinə daxil edilən “Peşə təhsili haqqında” qanuna dəyişiklik təklifində əksini tapıb.

Deputat Ceyhun Məmmədov  sözügedən yeniliyi Azərbaycan dövləti və Prezidentinin müharibə veteranlarına növbəti diqqət və qayğısı kimi qiymətləndirib:

“Ali təhsilin bir çox istiqamətlərində belə güzəştlər var idi. Peşə təhsili sahəsində də müharibə veteranlarının dəstəyə ehtiyacı var. Bu həm də onların işlə təminatına müsbət təsir göstərəcək və prosesə töhfə verəcək. Bu kateqoriyadan olan insanlar həm təhsil alacaq, həm də gələcəkdə işlə təmin olmaları asanlaşacaq. Düşünürəm ki, bundan sonra peşə təhsilinə maraq daha da artacaq”.