Ana 7 uşağını qətlə yetirdi

Ana

ABŞ-da ana yeddi uşağını qətlə yetirdiyini etiraf edib.

Xalq.az-ın məlumatına görə, polis 39 yaşlı Yuta ştatının sakininin öz uşaqlarını qətlə yetirdikdən sonra cəsədlərini karton qutuların içində gizlətdiyini bildirib.

Polis tam təsadüf nətiçəsində 39 yaşlı Meqan Xantsmanı həbs edib. Qarajdan üfünətli iy gəldiyi barədə polisə məlumat verən Xantsmanın gonşuluğunda yaşayan qohumu cinayətkar ananın həbs olunmasına səbəb olub. Polis qarajı yoxlayarkən qutuların içində meyitləri aşkar edib.

İlkin istintaq zamanı Meqan Xantsman övladlarını niyə öldürdüyünü izah edə bilməyib. Müstəntiqlər Meqanın hadisəni şüurlu başla törətdiyini subut etsə, onu ölüm cəzası gözləyir.