Bakı sakini bulvarda dənizə düşdü

Bulvar-1

Dənizkənarı Milli Parkda bədbəxt hadisə baş verib. Xalq.az-ın məlumatına görə, bir nəfər naməlum səbəbdən dənizə düşüb.

Onun xilas olunması istiqamətində müvafiq tədbirlər görülür. Hadisə yerində polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri var. Sosial şəbəkələrdə yayılan şəkillərdən də görünür ki, xeyli adam da ora toplaşıb.

39-cü Polis Bölməsindən verilən məlumata görə, həmin şəxsin dənizə necə düşdüyü araşdırılır. Onun kimliyi də məlum deyil.