Ana övladlarını dördüncü mərtəbədən atdı

4

Rusiyanın Başqırdıstan Respublikasında yaşayan bir ana övladlarını yanğından xilas etmək üçün dördüncü mərtəbədən aşağı atıb.

XALQ.AZ-ın xəbərinə görə, Başqırdıstan Respublikasında bina evlərindən birində baş verən yanğın zamanı ana çarəsiz qalaraq övladlarını riskə atmalı olub. Yanğının getdikcə şiddətlənməsi və ananın evdən çıxa bilməməsi onu təşvişə salıb.

Çarəsiz qalan ana övladlarını pəncərədən qonşuların aşağıda sərdiyi döşəklərin üzərinə atıb. Uşaqlar heç bir zədə almadan xilas olublar. 36 yaşlı ana – Mila Aksakova isə hadisə yerinə gələn xilasedicilərin səyilə binadan çıxarılıb.