Məscid oğrusu kameraya poz verdi (FOTO)

ogru

Türkiyənin Düzce vilayətindəki məscidlərdən birində qəribə bir oğurluq hadisəsi baş verib.

XALQ.AZ-ın yerli mətbuata istinadən xəbərinə görə, vilayətin Çilimli rayonundakı “Şərəfiyə” məscidində tez-tez oğurluq hadisəsi baş verdiyindən din xadimi məbədə təhlükəsizlik kamerası yerləşdirib.

Növbəti hadisə zamanı din xadiminin otağında axtarış aparan oğru kamera ilə qarşılaşır. Əlindəki vintaçanla kameranın obyektivinə vuran oğru daha sonra üstünü örtsə də onun şəkli kameranın yaddaşına düşür.

Kamera görüntüləri ilə axtarışa başlayan polis oğrunu ələ keçirir. İstintaq zamanı daha əvvəl də məscidləri qarət etdiyi müəyyən olunan oğru həbs olunub.

ogru