Dəhşətli zəlzələ ölkəni silkələdi

zelzele

Bu gün Meksikanın mərkəzi hissəsində güclü zəlzələ olub.

XALQ.AZ-ın məlumatına görə, ABŞ Geologiya xidməti zəlzələnin gücünün Rixter şkalası ilə 6,8 bal olduğunu bildirib.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri ölkə paytaxtı Mexikodan 306 kilometr cənub-qərbdə yerləşir. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilmir.