Anar Məmmədovu Stavropolda həbs edildi

FTX əməkdaşları Stavropol bölgəsində Suriyalı yaraqlılara işləyən şəxsi həbs edib.

XALQ.AZ xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilir ki, həmin şəxsin Azərbaycan vətəndaşı Anar Məmmədovun olduğu müəyyən edilib. O, Rusiya vətəndaşları ilə sosial şəbəkələrdə yazışaraq, onları Suriyadakı qanunsuz silahlı dəstələrə qoşulmağa cəlb edib.

“Məmmədov Rusiya Federasiyasının ərazisində qalmaq üçün Gürcüstan vətəndaşının saxta pasportundan istifadə edib”, – mənbə bildirib.

Bundan başqa, işə cəlb edənin ən azı üç potensial yaraqlı ilə əlaqədə olduğu açıqlanıb.

Fevralın 5-də Rostov-Don Cənubi Rayon Hərbi Məhkəməsi A. Məmmədovu 14 il müddətinə azadlıqdan məhrum edib.