İcra başçısı saxlanıldı-Son dəqiqə-Foto

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. 

XALQ.AZ xəbər verir ki, bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib.

Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlı dörd cip gəlib.

DTX Neftçala İcra Hakimiyyətinin binasına girdi

DTX əməkdaşları binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib.