Anar Məmmədxanovun doğum günüdür

Anar

Bu gün Anar Məmmədxanovun 44 yaşı tamam olur. Artıq dördüncü ildir ki, ailəsi, dostları və bütün tanıyanlar bu günü onsuz qeyd edir.

Anar Camali oğlu Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə oranı bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.

Bitərəf kimi birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

23 Aprel 2011-ci ildə vəfat edib.

Evli idi, 3 övladı yadigar qalıb.

Qeyd edək ki, Anar Məmmədxanovun doğum günü ilə əlaqədar olaraq yaxınları və dostları bu gün saat 12:00-da onun əziz xatirəsini yad etmək üçün Fəxri Xiyabanda toplaşacaqlar.