Anasını döyənin cəzası

Arabistan

Səudiyyə Ərəbistanında çıxarılan məhkəmə hökmü hamını şok edib. Xalq.az-ın məlumatına görə, qoca anasını döyub, dişini sındıran şəxs barəsində “gözə-göz” prinsipi ilə qərar verilib.

Turki əl-Qərni adlı hakimin çıxardığı qərara əsasən 5 il müddətinə həbs edilən həmin şəxsin dişi vurulub çıxardılmalıdır. Həmçinin müqəssirə 2400 şallaq zərbəsi vurulmalıdır.

Qərarın dəhşətli tərəfi isə odur ki, sözügedən şəxs 10 gündən bir şəhər bazarına gətirilərək camaatın gözü qarşısında 40 dəfə şallaqlanacaq.