Ankarada və İstanbulda CHP namizədləri liderdir

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər keçirilib.

XALQ.AZ-ın məlumatına görə, ölkə üzrə hələlik 9.96 faiz seçki qutuları açılıb.

İstanul üzrə bu faiz 5.45-ə bərabərdir. İlkin nəticələr üzrə İstanbulda Əkrəm İmamoğlu liderdir. O, 49.69 faiz səs qazanıb. Hakim partiyanın namizədi Murat Kurum isə seçicilərin 42.05 faizinin səsini toplayıb.

***

İzmirdə də CHP liderliyi var.

Belə ki, bu şəhərdə CHP namizədi Cemil Tuqay 47.95 faizlə liderdlir. “AK Parti” namizədi Hamza Dağ isə 37.14 faiz səs toplayıb.

Ankarada Mansur Yavaş öndədir.

CHP namizədi 56.98 faiz səs toplayıb. Hakim partiya namizədi Turqut Altıntok 35.83 faiz seçicinin etimadını qazanıb.

Adanada da CHP namizədi Zeydan Karalar 49.85 faiz səslə öndədir.

“AK Parti”dən Fatih Mehmet Kocaispir isə 38.04 faiz səslə onu izləyir.

***

Nəticələrə görə, İstanbulda Əkrəm İmamoğlu liderliyini davam etdirir. O, 50.30 faiz səs toplayıb. Onun ən yaxın rəqibi Murat Kurum isə 41 faiz səs toplayıb.

***

İstanbulda seçki qutularının 74.20 faizi açılıb. Əkrəm İmamoğlu 50.40 faizlə liderliyini davam etdirir. Murat Kurumun isə topladığı səs faizi 40.87-dir. Əsas rəqiblər arasında 605 336 səs fərqi var.

***

Səslərin sayılma prosesi yekunlaşmaq üzrədir. Türkiyənin böyük şəhərlərində ilkin nəticələr aşağıdakı kimidir:

İstanbul

Açılan sandıqlar: 92.35 faiz
Əkrəm İmamoğlu (CHP) – 50.88 faiz

Murat Kurum (AK Parti) – 40.09 faiz

İzmir

Açılan sandıqlar: 92.14

Cemil Tuqay (CHP) – 48.72 faiz

Hamza Dağ – 37.01

Ankara

Açılan sandıqlar: 85.20

Mansur Yavaş (CHP) – 59.58 faiz
Turqut Altıntok  (AK Parti)- 32.19