Azercosmos gənc alimi necə aldatdı? -Azercosmos insanların əmək və ideyasını istifadə edir- Fotofakt

 Azercosmos gənc alimi aldatması barədə agentliyin rəsmi sosial hesabında şərh yazılıb.
Belə ki, Azercosmos  “Yer səthinin məsafədən müşahidəsi” üzrə növbəti dəfə elmi müsabiqə elan edib.
 Musabiqə barədə sosial hesabında paylaşımda Rusiyada təhsil almış  gənc alim  Camal Cəfərli şərh verib.
 XALQ.AZ şərhi olduğu kimi təqdim edir:
Baş aldatmaq üçün bir şeydi. Rusiyada Kosmik texnologiya üzrə magistr oxumuşam, 1 il 4 ay nonopeyklərin hazırlanması üzrə ixtisaslaşmış laboratoriyada mühəndis işləmişəm. “Azərkosmos” un verdiyi mövzu üzrə diplom işi işləmişəm. Rusiyada olanda mənə Azərcosmosda iş təklif ediblər ki gəlib bizdə işləyərsən. Gələndə də , elə bil həmin adam deyilsən kimi üzüvə vakansiya yoxdu deyib eyni vaxta başqa 3 nəfəri işə götürən bir şirkətdir. Yəni ciddi şirkət deyil, onlara lazım olanda sənin əmək və ideyannan istifadə edirlər, sonrada ya Allah.
Bu işlər hamısı açot vermək üçündür, Yəni Azərkosmos nəsə eləyir. Bunların ucbatından 2 ilə yaxındı işsizəm, ara yerdə Rusiyadakı kosmik işimi də itirdim. deyə qeyd edib.
 Həmçinin musabiqəyə qatılmaq istəyənlər üçün yaş həddinin qoyulması da narazılıqla qarşılanıb.