Antalya yanır, turistlər qaçır (FOTOLAR)

Z-1

Türkiyənin Antalya şəhərində meşə yanğınları artıq hotel və pansionatların olduğu əraziyə keçib.

XALQ.AZ-ın məlumatına görə, 4 hotel, suvenirlərin satıldığı mağaza və bir restoran yanıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Antalyanın Kumluca qəsəbəsindəki istirahət mərkəzlərində olan turistlərin hamısı ərazini tərk edib. Hazırda meşə yanğınları davam edir.

Qeyd edək ki, Antalyanın Kumluca qəsəbəsində meşə yanğınları ötən gün günorta saatlarından başlayıb. Ehtimal olunur ki, yanğın meşədə istirahət edən şəxslərin ehtiyatsızlığı ucbatından baş verib.

Z-2

Z-1

Z-3

Z-4

Z-5

Z-6

Z-7