Avtobusa minənlərə şad xəbər

Avtobus

“Paytaxtda ictimai nəqliyyatda gediş haqqının kart sistemi ilə ödənişinin tətbiqi prosesi ilin sonunadək tam yekunlaşacaq”.

XALQ.AZ-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

“Prosesin tətbiqinin gecikməsində bir sıra obyektiv və subyektiv səbəblər var. Sistem tam təkmilləşdirildikdən sonra bütün avtobusları əhatə edəcək”, – deyə nazir müavini qeyd edib.