“Aqroinvest” Kİ-nın sədri əlilin evinə hücum edib

"Aqroinvest" Kİ-nın sədri əlilin evinə hücum edib

 

Əyyub Əhmədov 2-ci qrup əlilin özünü yandırmasına rəvac verdi

İmişli şəhəri M.Əsədov küçəsi -18 saylı ünvanda yaşayan  Nərimanov Mübariz Qaraş oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Purokuroru cənab Zakir Qaralova, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudova və Azərbaycan Respublikasının Daxili İşlər naziri Ramil Usubova, Azərbaycan Respublikasında yerləşən bütün səfirliklərə, İcraçı Kredit Agentliyinin sədri Arif Əliyevə və  Millət Vəkili xanım Qənirə Paşayevaya ünvanladığı mürzciətin ardından, ölkəmizin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya ünvanladığı müraciətin də yayımlanmasından , Mübariz Nərimanova qarşı “İlkin Kİ” MMC tərəfindən  və Kİ-nın sədri İlkin Əhmədovun  atası”AQROİNVEST” Kredit İttifaqının sədri Əyyub Əhmədovd tərəfin təyziqlər real işə çevrilib.

Mübariz Nəromanovun verdiyi məlumata görə, ötən gün İlkin Əhmədovun  atası “AQROİNVEST” Kredit İttifaqının sədri Əyyub Əhmədov, “İlkin Kİ” MMC-nin işçiləri Şəmsəddin Əliyev və Qədir adlı şəxslə birlikdə onun evinə gəliblər və Əyyub Əhmədov Mübariz Nərimanova “ Qudurmusan qodux, sənin başına oyun açaram, nə qələt edirsən, et bizə bir şey edə bilməzsən” deyə təhqir edib və Mübariz Nəromanova evini əlindən alacağını bildirib. M.Nəromanov üstünə hücum oldunduğunu gördükdə benzini üstünə tökərək özünə od vurub, qonşuların ayıq-sayıqlığı ilə Mübariz Nərimanov ciddi xəsarət almadan yanmadan qurtarılıb.
Mübariz Əhmədov onu da bildirdi ki. vəziyyəti belə olduğunu görən Əyyub Əhmədov hadisə yerindən qaçıb.

Redaksiyadan: Baş verənlərlə bağlı Əyyub Əhmədovun da mövqeini dərc etməyə hazırıq.

 

Veteninfo.az