Putin və Poroşenko sentyabrda görüşəcək

4

 

Sentyabrda Parisdə Ukrayna Prezidenti Pyotr Poroşenko ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş baş tutacaq

 

Axar.az-ın Korrespondent-ə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Birliyinə üzv ölkələrin birinin diplomatı məlumat verib.
Diplomatik mənbənin sözlərinə görə, prezidentlərin görüşü sentyabrın birinci yarısına təyin olunub və Fransa Prezidenti Fransua Olland “normand dördlüyünü” məhz Parisdə çağırmaq istəyir.
Qeyd edək ki, Ukraynadakı gərginlik başlayandan bəri hər iki ölkə lideri ilk dəfə iyunda Normandiyada görüşmüşdülər.