Masallıda gəlin toya gəlmədi

Gelin

XALQ.AZ  xəbər verir ki, rayon sakinlərinin milli.Az-a verdikləri məlumata görə, avqustun 18-də toy günü bəy bəzənməsi üçün gəlini gözəllik solonuna gətirib.

Elə orada bəylə gəlin arasında mübahisə düşüb. Əsəbləşən bəy gəlinə sillə vurub.

Bundan sonra gəlin ona ərə gəlmək istəmədiyini deyərək bəy evinə getməkdən imtina edib və salonu tərk edib. Gəlini oğlan evinə gətirə bilməyən oğlan evi toyu gəlinsiz keçirmək məcburiyyətində qalıb. Gecə saat 2-yə qədər toy olub, vur-çatlasın davam edib.

Toyun səhəri gün qızın ailəsi gələrək cehizləri geri qaytarıb.

Hadisənin təfərrüatlarını öyrənməyə çalışırıq.