“ARAZ” MARKET KİFLƏNMİŞ ÇÖRƏK SATIR – ŞİKAYƏT

“Araz” Supermarketlər Şəbəkəsi boyat və kiflənmiş çörəklər satır.

Bu barədə sosial şəbəkədə Qasımov adlı şəxs yazıb. O bildirib ki, marketdə köhnə və kiflənmiş çörəkləri xüsusilə azyaşlılara verirlər:

“Bu gün axşam saatlarında “Araz” Supermarketlər Şəbəkəsindən çörək alınıb. Təəssüflər olsun ki, çörək yeməyə yararsız haldadır, kif atıb. Çörəyi uşaq alıb deyə diqqət etməyib. Kif atmış çörəyi rəfdə saxlamaq nə dərəcədə düzgündür? Təbii ki, doğru deyil. Bu əslində həmin marketin işçilərinin rəflərə və məhsullara düzgün nəzarət etməməsinin nəticəsidir. Üzərində qeyd olunan tarix isə 31-i tarixini göstərir”.