“Azərsu” ASC yayın istisində Lökbatan sakinlərini 1 həftədir susuz qoyub

“Azərsu” ASC yayın istisində Lökbatan sakinlərini 1 həftədir susuz qoyub.

Bu barədə Vüsal Eldarov yazıb. O bildirib ki, “Azərsu” nə problemlə maraqlanır, nə də zənglərə cavab verir:

“Şikayətim “Azərsu” ASC dəndir. Lökbatan qəsəbəsində 1 həftədir normal su verilmir. Zəng edirsən, 10 dəqiqə gözlədib məşğul edirlər. Məqsədiniz nədi, bu istidə milləti iyləndirmək? İşləyə bilmirsiz, rədd olub gedin bacaranlar gəlsin!!!”.