Araz Musayev yanğınlarla bağlı Türkiyəyə dəstək olub – Video

Doqquzqat dünya, üçqat Avropa çempionu Araz Musayev Türkiyədə könüllülərdən ibarət yanğınsöndürən dəstə yaradıb.

XALQ.AZ xəbər verir ki, o, sözügedən dəstəylə birgə  Gündoğmuş və Marmaris bölgələrində orman yanğınlarının söndürülməsi prosesində iştirak edib. Həmçinin A. Musayev burada alovla mübarizə aparanlara ərzaq yardımı da göstərib. Dünya çempionu qardaş Türkiyənin yanında olmaqdan qürur duyduğunu ifadə edib.