Ötən ay sosial müavinət və təqaüd alanların sayı açıqlanıb

İyulda aylıq sosial müavinət və təqaüd alanların sayı 688 min nəfərdən çox olub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib.

Qeyd edilib ki, onlardan 392 min nəfərdən çoxu müavinət, 296 min nəfərdən çoxu isə təqaüd alıb.