Araz Musayev Türkiyədə görüşlər keçirib

“Türk Dünyasının təkrar ayağa qalxması üçün göstərdikləri böyük səylərə görə Ulu türkün iki böyük oğluna Möhtərəm Prezidentimiz İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana təşəkkürümü bildirirəm”. 

Bunu Azərbaycan Muay-Tay və Tayboksinq Federasiyasının Prezidenti Araz Musayev deyib.

O bildirib ki, Türkiyədə keçirilən Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğana dəstəyini nümayiş etdirmək üçün Türkiyədə olub: “Seçkiyə verdiyim dəstəyimdən sonra “Cümhur İttifaqı”nı dəstəkləyərək Türk Dünyasının yüksəlişinə töhfə verən Milliyyətçi Hərəkat Partiyası sədrinin birinci müavini Sadri Durmaz və Milliyyətçi Hərəkat Partiyası sədrinin ikinci müavini cənab Yaşar Yıldırım ilə görüşlər keçirərək minnətdarlığımızı ifadə etdik. Bundan başqa, “Ülkü Ocakları”nın qərargahında da görüşlər keçirdik. Daha sonra “Cümhur İttifaqı”nın digər tərkib hissəsi olan Böyük Birlik Partiyasının sədri cənab Mustafa Destici ilə görüşdüm və təşəkkürümü bildirdim”.