“Araz”da nar – 16 manat

Veysəloğlu Şirkətlər Qrupuna məxsus Araz Supermarket mağazalarında Narın 1 kq 15.99 AZN-ə satılır.

Bu haqda jurnalist Zülfüqar Xeyirxəbərov məlumat paylaşıb. O, bu faktı gördükdən sonra qısa araşdırma apardığını bildirib:

“Hazırda Göyçayda növündən asılı olaraq narın 1 kq. 0,40-2.0 AZN arasında dəyişir. Yalnız məşhur Bığır Narının 1 kq hazırda rayonda 9-10 AZN-ə satılır. O da pərakəndə.

Araz Marketdə satılan Bığır narı deyil, adi Qaraməryəm və ya Yekaxana kəndlərində yetişən nar sortudur.

Göyçaydan Bakıya olan məsafə 216 km-dir. Bu da 30-40 AZN-lik yanacaq sərfiyyatı deməkdir. Maksimum 30 faiz işçi və yanacaq xərclərini üstə gəlsək 1 kq narın Bakıya gətirilməsi Veysəloğlu Şirkətlər qrupuna 0.52-2.60 AZN-ə başa gəlir. Amma sözügedən şirkətin marketlərində qiymətlər süni şəkildə 7-8 dəfə şişirdilər. Niyə?”.

Jurnalist onu da bildirib ki, hazılrda AzərSun Şirkətlər qrupuna məxsus Bazarstore-da narın 1kq. 3.99 AZN-dir.