“Arena City” restoranı qumarxana çıxdı

Qumar

Bakıda tanınmış restoran qumarxana çıxıb. XALQ.AZ-ın Daxili İşlər nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azadlıq prospektində yerləşən “Arena City” restoranında “Poker” kart-qumar oyunları təşkil olunduğu müəyyən edilib.

Qumar oyunlarının təşkilatçısı Lerik rayon sakini Vaqif Şamilov saxlanılıb. Axtarış zamanı 2 ədəd “Poker” oyun kart dəsti, qumar oyunlarına qoyulmuş 245 manat aşkar edilərək götürülüb.