Arif Alvi Bakıya gəldi

Pakistan Prezidenti Arif Alvi Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycana səfərə gəlib.

XALQ.AZ xəbər verir ki, Arif Alvini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıb.