Arvadını cin bilib öldürdü (FOTO)

cin

İngiltərədə yaşayan hind ailədə dəhşətli faciə yaşanıb.

XALQ.AZ-ın məlumatına görə, Mançestr şəhərində yaşayan Əhməd əl-Katib üç övladının anası olan 25 yaşlı Rania Alayidi cindir, içində şeytan var deyib öldürüb. O, öldürməklə kifayətlənməyib, sonra hətta onu yandırıb.

Uzun müddətdir yoxa çıxdığı deyilən 25 yaşlı qadının itməsi, ailəsini narahat etməyə başlayıb və onlar polisə müraciət ediblər. Polisin axtarışı nəticəsində qadının yandırılaraq çemodana qoyulmuş cəsədi Əhmədin qardaşının evindən tapıblar.

Əhməd məhkəmədə həyat yoldaşını bəzən ağ dovşan, bəzən isə dörd ayaqlı, irigözlü, qırmızı saçlı, qorxunc bir varlıq kimi gördüyünü və onun cin olduğuna inandığını bildirib.

Öldürmək səbəbi olaraq isə ondan xilas olmağı önə sürüb.

cin