Müəllimin evindən 8 yük maşını zibil çıxdı (FOTO)

Zibil

Türkiyənin Dəvəli rayonundakı müəllimlərdən birinin evi görənləri heyrətə gətirib.

XALQ.AZ-ın məlumatına görə, Türkiyənin Dəvəli rayonunda yaşayan təqaüdçü müəllimlərdən birinin evindən 8 yük maşını zibil çıxıb.

Yerli mətbuat bildirir ki, təqaüdçü müəllim A.Ö.-nün Yeni məhəllə 3-cü Ərdabağ küçəsindəki evindən pis qoxuların gəlməsi qonşuları narahat etməyə başlayıb və onlar Dəvəli bələdiyyəsini məlumatlandırıblar.

Royon bələdiyyəsinin təmizlik işləri idarəsi və polis şəbəsi işçiləri şikayət edilən ünvana gedərkən evdə zibil və dəmir-dümür yığını ilə qarşılaşıb. 12 işçi tərəfindən 2 gün ərzində təzmizlənən evdən 8 yük maşını zibil və dəmir-dümür çıxardılıb.

Təmizlik işlərindən sonra həşəratların qarşısının alınması üçün ev dərmanlanıb.

Qeyd edək ki, ev sahibi A.Ö. evdən çıxarılan zibil və tullantıları istifadə etdiyi əşyalar olduğunu bildirib.

Zibil