Arzu Rəhimov vətəndaşlarla görüşəcək

Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 15.02.2018-ci il tarixdə saat 11:00-da Xidmətin Qusar rayon şöbəsində Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 12.02.2018-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.