“ASAN xidmət”də işləmək istəyirsiz?

ASAN-1

İyun 13-də Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın www.dqmk.gov.az saytında dövlət qulluğunda çalışmaq istəyən şəxlər üçün müsabiqə elan edilib.

“ASAN xidmət” mərkəzindən verilən məlumata görə, müsabiqədə Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri üzrə də vakant yerlər elan olunub.

Vakant yerlər cari il ərzində açılması nəzərdə tutulan Bərdə və Sabirabad “ASAN xidmət” mərkəzləri üzrə 10 vəzifə və 10 yer olmaqla nəzərdə tutulur.
Müvafiq vakansiyalarla bağlı daha dolğun məlumatları aşağıdakı link vasitəsi ilə əldə etmək olar:

http://csc.gov.az/aze/elan/010414/HtmlOut/content5.html