ASAN xidmətdən yenilik

54

 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN Xidmət vasitəsilə “kupça” almaq üçün lazım olan sənədlərin siyahısını açıqlayıb.

Mənzil-kommunal kooperativləri tərəfindən tikilmiş binalardakı mənzillər üçün ilkin çıxarış sənədi (qeydiyyat vəsiqəsi) almaq üçün cəmi 3 sənəd təqdim etmək tələb olunur.

“Mənzilə ilkin hüququ qeydiyyata almaq üçün mənzil-tikinti kooperativinin ümumi yığıncağının yaşayış sahəsinin verilməsinə dair qərarı, kooperativə ödəniş edilməsi barədə maliyyə arayışı və dövlət rüsumunun ödənilməsini təqdiq edən sənəd təqdim etmək tələb olunur” – deyə “Fineco” agentliyindən bildiriblər.

Yaşayış sahəsinə dair “kupça”nı yalnız mənzil-tikinti kooperativləri tərəfindən tikilmiş və Dövlət Qəbul Komissiyası tərəfindən təhvil alınmış binalarda mənzil sahibi olan sakinlər ala bilərlər. Daha bir şərt odur ki, həmin binalar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Agentliyinin uçotunda olmalıdır.