Astan İbişovdan «psixoloji» gediş

44

Masallı təhsilinin müdiri psixologiya fənnindən dərs deyən müəllimləri yoxa çıxardıb

 

Masallı təhsilində durumun ağır olduğu barədə məlumat vermişdik. Rayon təhsil şöbəsinin müdiri Astan İbişovun rəhbərliyi altında həyata keçirilən «islahat»lar nəticəsində bərbad vəziyyətə düşmüş orta məktəblərdə sözün həqiqi mənasında müəllim biznes idə start götürüb.

Xalq.az-a verilən məlumata görə, Təhsil Nazirliyi orta məktəblərdə psixologiya fənni üzrə müəllim ştatlarının açılması barədə göstəriş verdikdən sonra Astan İbişov üçün əlverişli şərait yaranıb. Masallı rayonundakı fəaliyyət göstərən orta məktəblərdə bu məqsədlə 10 yer ayrılsa da, təhsil şöbəsinin müdiri həmin postlardan pul qazanmağın yollarını tapıb. Belə ki, Astan İbişov orta məktəblərdə psixologiya fənnindən dərs deyənləri taparaq, onların 7-si ilə anlaşıb. Digər 3-ü isə hazırda dərs deyir.

Məlumatlarda deyilir ki, adı olub, özü olmayan həmin müəllimlərdən işə götürülməsi üçün pul alınıb. İşləyən 3 müəllimin isə dərs saatları o qədər ağırdır ki, onlar işə düzəldiklərinə peşiman olublar.

Qeyd edək ki, Təhsil naziri Mikayıl Cabbarov yeni tədris ilində orta məktəblərdə fond pulunun yığılmasına qəti qadağa qoyulduğunu bəyan edib. Amma bu qadağanın Masallıya qətiyyən aidiyyatı yoxdur. Çünki Astan İbişov elə ilk dərs günündən bütün orta məktəb direktorlarına tapşırıq verib ki, ən geci sentyabrın 20-nəkimi valideynlərdən 20 manatdan pul yığıb, ona çatdırsınlar.

 

Təhsil naziri Mikayıl Cabbarov yeni təyinatından sonra dəfələrlə bəyan edib ki,təhsildə olan qusurları aradan qaldırmaq üçün bütün tədbirləri həyata keçirəcəklər. Hətta nazir onu da bildirb ki,proses bilavasitə Prezidentin nəzarətindədir.

 

Masallı təhsilində baş verənlər isə belə deməye əsas verir ki,Astan İbişovun nə nazirdən,nə də prezidentdən çəkinəcəyi bir şeyi var. Əgər belə olmasaydı təhsil şöbəsinin müdiri işində dönüş yaradıb,orta məktəbləri bazara çevirməzdi.