Astarada həyət yandı

101

Astara rayonunda həyətyanı sahədə yanğın olub.

XALQ.AZ-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Səncərədi kəndində ümumi sahəsi 1200 kvadratmetr olan həyətdə 400 kvadratmetr sahədə kol-kos, ağaclar, həmçinin bələdiyyə ərazisində 2100 kvadratmetr sahədə kol-kos yanıb.

Alov nazirliyin yanğınsöndürənlərinin səyi nəticəsində söndürülüb, həyətyanı sahənin qalan hissəsi yanğından mühafizə olunub.