Astarada partlayış oldu (FOTO, YENİLƏNİB)

ANS

Astara rayonunun Pensər kəndindəki partlayışın qarşısı hazırda FHN-in yanğınsöndürənləri tərəfindən alınır.

ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

20.33

Azərbaycanda növbəti partayış olub.

ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı saytın qaynar xəttinə zəng edərək deyiblər.

Şahidlərin sözlərinə görə, partlayış hadisəsi Astara rayonunun Pensər kəndində baş verib.

Kafedə qaz balonunun partlaması böyük yanğına səbəb olub.

Yanğınıın ətrafdakı 2 dükana da keçdiyi deyilir.

Hadisə yerindən zəng edən şəxsin məlumatına görə, yanğın davam edir, əraziyə FHN-in yanğınsöndürənləri gəlməyib.

ANS