2 nəfər ölümdən qurtardı

Olum

Azərbaycanda 2 nəfər ölümdən qurtarıb.

XALQ.AZ-ın məlumatına görə, ilk hadisə Novxanıda dənizdə baş verib.

Belə ki, “Novxanı” sularda xilasetmə məntəqəsindən təxminən 800 m məsafədə, nəzarət olunmayan ərazidə 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Batan şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

“Zağulba-3” sularda xilasetmə məntəqəsindən təxminən 250 m məsafədə, nəzarət olunmayan ərazidə də 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Bu şəxs də Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.