Salyanda qəza: ölən var

Qeza-2

Salyan rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, qəza Ələt-Astara magistralının 82-ci kilometrində Şorsulu kəndində qeydə alınıb.

Şəxsiyyəti hələlik məlum olmayan sürücülərinin “VAZ-2106” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub.

Nəticədə “VAZ-2106”-nın sərnişinlərindən bir nəfər hadisə yerindəcə dünyasını dəyişib, daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hadisə yerində araşdırma aparılır.