Diplomat Elman Araslı vəfat edib

Elman

Tanınmış diplomat, Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyadakı keçmiş səfiri, İslam Əməkdaşlıq Birliyindəki sabiq nümayəndəsi Elman Araslı vəfat edib.

XALQ.AZ-ın məlumatına görə, bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Facebook səhifəsində yazıb:

“Bu gün böyük təcrübə sahibi olan diplomatımız, ömrünün 50 ilini Yaxın Şərqi araşdırmağa həsr etmiş alim, şərqşünas Elman Araslını son mənzilə yola saldıq. Elman Araslı ölkəmizin müstəqilliyinin ilk illərindən Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyada səfiri kimi xidmət edib, İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndəmiz olub. Allah rəhmət eləsin!”.

Qeyd edək ki, Elman Araslı filologiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, ədəbiyyatçı, tənqidçi, 23 fevral 1909-cu ildə Gəncədə doğulan və 1983-cü ildə Bakıda vəfat edən Həmid Araslının oğludur.