Astarada yeniyetmə boksçularla görüş keçirilmişdir

04

 

Astarada Beynəlxalq turnirdə yüksək nəticələr qazanmış yeniyetmə boksçularla görüş keçirilmişdir

 

Oktyabrın 22-də Astara Rayon İcra Hakimiyyətində Gürcüstanın Saçxeri rayonunda məşhur boksçu Çabuki Çiqladzenin xatirəsinə həsr olunmuş yeniyetmə boksçuların beynəlxalq turnirində yüksək nəticələr qazanmış idmançılarla görüş keçirilmişdir.
Xalq.az xəbər verir ki, Beynəlxalq turnirdə Astara Boks Mərkəzinin yetirmələrindən Elmar Məmmədov 60, Əli Xaniyev 52, Füzuli Tağıyev 50, İmaməli Məmmədov 46, Hüseyn Sadıxov 43 kiloqram çəkidə birinci, İmaməli Həsənov 44,5 və Kamil Kərimzadə 38,5 kiloqram çəkidə üçüncü yeri tutmuşlar.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yeniyetmə boksçuları qazandıqları idman uğurları münasibətilə təbrik etmişdir.
Görüşdə çıxış edən gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, yeniyetmə boksçulardan Elmar Məmmədov, Əli Xaniyev və başqaları ölkəmizdə idmanın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və idmançılara göstərilən yüksək qayğı və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda Beynəlxalq turnirdə uğur qazanmış boksçulara hədiyyələr təqdim edilmişdir.

 

77