“Atəşgah” sığorta məhkəməyə verildi

“Atəşgah” sığorta şirkəti vətəndaş tərəfindən məhkəməyə verilib.

Nərimanov Rayon Məhkəməsində vətəndaş Məhlüqə Hüseynova tərəfindən “Atəşgah” sığortaya qarşı iddia qaldırılıb.
İşə hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılacaq.
İşin mahiyyəti Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, sığorta müqaviləsi üzrə mübahisələrdir.

Xatırladaq ki, “Atəşgah” sığorta şirkəti il rzində ən çox məhkəməyə verilən və ən çox şikayət olunan sığorta şirkətidir. Bir ay ərzində sığorta şirkətinin vətəndaşlarla məhkəmələrdə 30-a yaxın çəkişməsi olur.