Məşhur fizik: “Bu, sivilizasiyamızın sonunu gətirəcək bir hərəkətə çevrilə bilər”

ABŞ-ın nəşr etdiyi UFO sənədləri və NASA-nın Marsda apardığı kosmos araşdırmaları ilə gözlər kosmosda həyat axtarışını bir daha gündəmə gətirib.

ABŞ-ın məşhur fiziki öz məqaləsində qorxulu xəbərdarlıq edərək yazıb ki, yadplanetlilərlə təmas qurmağa çalışmaq insanlıq üçün fəlakət ola bilər.

Fizik Mark Buçanan yadplanetlilərlə təmas haqqında dedikləri ilə həm hər kəsi qorxudub, həm də dünya gündəminə bomba kimi düşüb.

Buçanan Washington Post qəzetində dərc olunan məqaləsində bəşəriyyətin illərdir axtardığı kosmosda yadplanetlilərlə təmasda olan hər kəsi təəccübləndirən ifadələr işlədib.

Fizik bildirib ki, Astronomlar uzun illərdir Yadplanetliləri və UFO-ları öyrənirlər . Yadplanetlilərin həqiqətən var olub-olmadığını bilmirik, lakin biz bəşəriyyət olaraq kosmosda yaşayan “varlıqlarla” ünsiyyət qurmağa çalışsaq, bu, sivilizasiyamızın sonunu gətirəcək bir hərəkətə çevrilə bilər.

O, yadplanetlilərlə ünsiyyət qurmağa çalışmağın təhlükələrinə diqqət çəkib. “Biz əslində yadplanetli sivilizasiyaların bizimlə əlaqə saxladığına dair heç bir sübutumuz olmadığına görə minnətdar olmalıyıq” deyib.

Bəzi astronomların yadplanetlilərin axtarışına tənqidi yanaşdığını bildirən Buçanan, bu axtarışın Yer üzündəki həyatı bitirə biləcəyi ilə bağlı fikirlərini dilə gətirib.

Buçanan məqaləyə Pentaqonun 2020-ci ilin aprelində yayımladığı UFO görüntülərini xatırlatmaqla başlayıb. Sözügedən görüntülərdə ABŞ Hərbi Dəniz Qüvvələrinə aid bir təyyarə son dərəcə sürətlə hərəkət edən UFO-larla qarşılaşıb. Pentaqonun bir il əvvəl sızdırılan digər videolarında da oxşar görüntülər yer alıb və bu, yerdən kənar canlıların insanları ziyarət etməsi ilə bağlı fərziyyələrə səbəb olub.

 

Hürriyet